Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən Novruz güzəşti

baki-telefon-rabitesi-istehsalat-birliyinden-novruz-guzesti-
Oxunma sayı: 712

Azərbaycan Rabitə və İnformasiya Texnologiyalarının Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının 7-dən aprel ayının 1-nə kimi müəyyən xidmətlərin güzəştli tariflərlə göstərilmə kampaniyası həyata keçirilir.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, kampaniya çərçivəsində texniki imkan olan bütün ərazilərdə əhaliyə 2-ci telefon 50% (40 manat) güzəştli tariflə, İAD avadanlığı (dəyərini tam ödəməklə) və ya SİP-lə virtual nömrələr təşkilatlar üçün 1 nömrə 20 manat tarifi ilə çəkiləcək, əhali və təşkilatlar üçün CDMA nömrələrinin pulsuz (tarif 10 manat) qoşulması təmin ediləcək.

Bundan başqa, ayrılmış xətlə limitsiz internet xidmətlərindən istifadə etmək istəyən abunəçilərə ayrılmış xəttin birdəfəlik qoşulması (tarif 48 manat) pulsuz təmin ediləcək və ayrılmış xətlə internetə 1 024 kbit/s sürətlə yeni qoşulan abunəçilərə limitsiz internet xidmətləri 1 ay müddətinə 15 manat, 2 048 kbit/s sürətlə yeni qoşulanlara 1 ay müddətinə 20 manat, 3 072 kbit/s sürətlə yeni qoşulan abunəçilərə isə internet xidmətləri 1 aylıq 25 manat tariflə göstəriləcək.


Nigar Məmmədli