Bakı yaxınlığında dəhşətli qəza: 3 ölü

baki-yaxinliginda-dehsetli-qeza-3-olu
Oxunma sayı: 680

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yolun 28-ci kilometrliyində, Abşeron rayonu ərazisində “VAZ 2106” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “VAZ 2106”-nın sürücüsü İsmayıllı rayon sakini 36 yaşlı Rəşad Behbudov, onun sərnişini 37 yaşlı Rasim Məmmədov və avtomobildə olan 30-35 yaşlı qadın hadisə yerində ölüb.

Hadisəyə yolun buzlu olmasının və sürücülərin sürət həddinin düzgün seçməməsinin səbəb olduğu ehtimal olunur. Faktla əlaqədar cinayət işi açılıb.