Bakıda 20 Yanvar kriminalı

bakida-20-yanvar-kriminali
Oxunma sayı: 678

Yanvarın 20-si saat 03:55 radələrində M.Useynov küçəsində Xaçmaz rayon sakini Dövlət Rəsulov və Hacıqabul rayon sakini Şamxal Əmirov elektrik dirəklərinə gedən naqilləri kəsib oğurlamağa cəhd edərkən DİN ÇPA əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə Səbail RPİ 8-ci PB-yə təhvil verilmişlər.

DİN BCAİ, Sabunçu RPİ 13-cü PB və Abşeron RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilənən Gürcüstan vətəndaşı Əzəmət Xəyalov və Şərur rayon sakini əvvəllər məhkum olunmuş Valeh Seyidov yanvarın 20-də yaxalanmışlar. Məlum olmuşdur ki, onlar avqustun 9-da Y.Əliyev küçəsində yaşayan Xanlar Məmmədovun evindən pəncərədən keçmə yolu ilə 1300 manat, bankomat kartı və dekabrın 26-da Bakıxanov qəsəbəsi Şərifli küçəsində Yafəz Quliyevin evindən pəncərədən daxil olma yolu ilə 6530 manat oğurlamışlar.

Yanvarın 19-da İstiqlaliyyət küçəsində yerləşən kafedə Bakı şəhər sakini Roman İrzayevin əl çantasından naməlum şəraitdə 190 manat oğurlanmışdır. Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Xalid İsayev yanvarın 20-də yaxalanmışdır.