Bakıda 30-a yaxın avtoritet saxlanılıb - Ölənlər var

bakida-30-a-yaxin-avtoritet-saxlanilib-olenler-var
Oxunma sayı: 641

İlkin məlumata görə, kriminal "avtoritet"lərdən birinin toyunda düşən davada silahlar çəkilib. Qarşıdurma nəticəsində toyu qara maskalı şəxslər basıb. Toyda kütləvi həbslər aparılıb. musavat.com

APA-nın yaydığı məlumata görə isə hüquq-mühafizə orqanları tərəfindən Bakıda xüsusi əməliyyat keçirir. Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində həyata keçirilən əməliyyat nəticəsində cinayətkar qrupun üzvləri zərərsizləşdirilib. Əməliyyat zamanı odlu silahdan istifadə olunub. Hazırda Qaraçuxur qəsəbəsində mərkəzi küçə polis nəzarətindədir, əraziyə heç kim buraxılmır. Suraxanı Rayon Polis İdarəsindən faktı təsdiqləsələr də əlavə açıqlama verilməyib.

***
Şahidlər hadisə yerində olan əməkdaşımıza onu da deyiblər ki, restorandakı atışmada zamanı 2 ofisiant öldürülüb. Bu barədə sakinlərə atışmadan qorxub bayıra qaçan başqa ofisiantlar deyiblər. Əməkdaşımız polisdən heç bir məlumat ala bilmədiyini də deyir./musavat.com/

***

Bu gün paytaxtda silahlı insident baş verib. Atışma təxminən saat 21.00 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq sarayında silahlı şəxslərlə polis arasında baş verib.

ANS TV-nin məlumatına görə, həyata keçirilən əməliyyat nəticəsində cinayətkar qrupun üzvlərini zərərsizləşdirmək mümkün olub. Əməliyyat zamanı odlu silahdan istifadə olunduğu bildirilir.

Hazırda Qaraçuxur qəsəbəsində mərkəzi küçə polis nəzarətindədir, əraziyə heç kim buraxılmır. Faktla bağlı araşdırmalar davam etdirlir.