Bakıda 33 yaşlı şəxs bıçaqlandı

bakida-33-yasli-sexs-bicaqlandi
Oxunma sayı: 649

Səbail rayonu Bibiheybət qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə zamanı 1979-cu il təvəllüdlü Nağıyev Rəşad Yadulla oğlu ağır bıçaq xəsarətləri alıb. Yaralı hadisədən sonra təcili tibbi yardım maşını ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilədən sonra Rəşad Nağıyevin həyatı həkimlər tərəfindən xilas edilib.

Qeyd edək ki, yaralı polislərə verdiyi ilkin ifadəsi zamanı Bibiheybət çimərliyində tanımadığı şəxslər tərəfindən bıçaqlandığını bildirib. Bıçaqlanma hadisəsinin baş vermə səbəbləri isə Səbail rayon polis idarə 8-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır. Zərərçəkənə xəsarət yetirən şəxsin axtarışları isə davam etdirilir.

anspress