Bakıda 8 dərəcə şaxta gözlənilir

bakida-8-derece-saxta-gozlenilir
Oxunma sayı: 691

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər.

Paytaxtda və yarımadada gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Fevralın 4-də hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava, lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun mənfi 23-28° olacağı gözlənilir, yollar buz bağlayacaq.