Bakıda ağır yol nəqliyyat qəzası baş verdi

bakida-agir-yol-neqliyyat-qezasi-bas-verdi
Oxunma sayı: 659

Qəza, eyni istiqamətdə hərəkət edən Əliyev Pərvin Tofiq oğlunun idarə etdiyi “Rang Rover” markalı avtomobilin Vəlixan Hacıyevə məxsus “Hyundai” markalı maşına arxadan çırpılması nəticəsində meydana gəlib.

Zərbənin təsirindən “Hyundai” yardımçı yola çıxıb. Maşında olan sürücünün həyat yoldaşı Hacıyeva Aygun Şahlar qızı və onların övladı 5 yaşlı Hacıyev Abutalıb Vəlixan oğlu ağır bədən xəsarətli alıblar. Azyaşlı və ana deformasiyaya uğrayan avtomobildə qaldığından onları çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Haditsə yerinə çağrılmış təcili yardım briqadasının əməkdaşları tərəfindən yaralılara ilk yardım əzilən avtomaşının içində göstərilib. Yaralı Aygün Hacıyevanı isə ancaq avtomobili bir neçə hissəyə bölündükdən çıxarmaq mümkün oldu.

3 saylı şəhər klinink xəstəxanasına çatdırılan azyaşlı sərnişinlə onun anası Aygün Hacıyevanın həyatını xilas etmək mümkün olub. Qəzanın baş vermə səbəbləri isə, Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır.

anspress