Bakıda aksiya keçirildi - Fotolar

bakida-aksiya-kecirildi-fotolar
Oxunma sayı: 665

Bu gün Azərbaycan İslam Partiyası Fransa səfirliyi qarşısında “Müsəlmanların məsumiyyəti” filmi və Fransa jurnalında dərc edilən Həzrəti Məhəmmədin (s) karikaturasına etiraz olaraq aksiya keçirib. “Qafqazinfo” xəbər verir ki, aksiyanın qarşısı polis tərəfindən alınıb və bir neçə nəfər saxlanılıb.

Aksiya zamanı qətnamə oxunmağa icazə verilməyib.

Qətnaməni təqdim edirik:

“Bu gün dünyanın tərəqqipərvər bəşəriyyəti Allahın onlara misilsiz hədiyyələrinə qarşı nankorluq edənləri lənətləməkdir. Amerika Birləşmiş Ştatlarında, Fransada artıq birinci dəfə deyil ki, Böyük Yaradanın insanlığın nizamı üçün göndərdiyi müqəddəs Kitab Qurani-Kərimə murdar əllər uzadılır, əziz Məhəmməd(s) Peyğəmbər təhqiramiz hücumlara məruz qalır. Bu, ABŞ Fransa cəmiyyətlərində yaradılan vəhşiliyin son həddidir. Bəşər üçün Allah tərəfindən seçilən şəxsiyyətlərin əsl qiymətinin hələ indiyə kimi heç bir dünya alimi, filosof, siyasət xadimi rəhbəri tərəfindən verilə bilmədiyi halda onların haqqında, xüsusən sonuncu Peyğəmbərimiz haqqında karikatura, aşağılayıcı filmin çəkilməsi heç də təsadüfü deyil. Şeytanın bu addımlarını dəstəkləyən, maliyyələşdirənlər təkcə müsəlmanların deyil, Fransa, Amerika, ümumən bütün xalqların düşmənləridir. Çünki İslam bəşəri din olduğunu irqindən, milliyyətindən, dini inancından asılı olmayaraq hər bir təfəkkür sahibi, rahat, azad dünya cox axirət arzusunda olanlar tərəfindən qəbul edilir, yayılır. İstər ABŞ-da, istərsə də Fransada hər il 2-3 yüz mindən artıq insan məhz inancı, həyat tərzi üçün İslam dinini seçir. Bu mühüm amil dünyanı qan çəlləyinə çevirmək istəyənləri arzularının puç olacağından narahat edir. Digər bir cəhəd isə, həm də ən acınacaqlısı bu anti-bəşəri hərəkətlərin dinlərarası münasibətlərin korlanmasına ölçülməsidir ki, artıq bəzi faciələrin şahidi olmuşuq. İnsan ölümü ilə nəticələnən hadisələrdə təəssüflər olsun ki, hakim dairələr yaxalarını uzağa çəkirlər. Əslində belə hallar ölkələrin dinə qarşı siyasətlərindən qaynaqlanır. Biz piket iştirakçıları hesab edirik ki, naqisliklərin, anti-dini, anti-islami hərəkatların qarşısını sivil, demokratik və hüquqi cəhətdən almağın - bu istiqamətdə qanunların qəbul edilməsinin vaxtı çatmışdır. Bu həmdə milyardlarla insanın mənəvi hüququnun qorunması olacaq”.