Bakıda aksiya oldu - Fotolar

bakida-aksiya-oldu-fotolar
Oxunma sayı: 660

Bia.az-ın müxbirinin verdiyi məlumata görə, AXCP-dən İlham Hüseyn, Nihat Hüseyn, Dəyanət Babayev, Elvin Baycan, Sərvər İbrahimov həbs olunaraq Səbail rayonu 9-cu polis bölməsinə aparılıblar. AXCP fəalı Elçin Həsənov isə Nəsimi rayon polis idarəsinin rəis müavini Süleyman Nemətovun zorakılığı ilə üzləşib.

Aksiya zamanı digər saxlanılanlar Müsavat Partiyasının-dan isə Rauf Məmmədov, Tural Hacıbəyli, ADP-dən sədr müavini Cəmil Hacıyev, ADP üzvü Elvin Cəfərov, "Hədəf" Gənclər Koalisiyasından Əbülfəz Sadıqbəyli və «Nida» təşkilatından Kənan Qasımlı həbs edilib.

"Azadlıq" radiosunun məlumatına görə, Aksiyada iştirak edən əsgər atalarından iki nəfərin də saxlandığı bildirilir.

Aksiya zamanı jurnalistlərdə xüsusi təzyiqə məruz qalıb. Onların çəkiliş aparmasına maneəçilik yaradılıb. Bundan başqa, Bakı İnformasiya Agentliyinin (Bia.az) İcraçı direktoru Vasif Sadıqbəyli və "Yeni Müsavat" qəzetinin reportyoru Emil Salamoğlu da saxlanılıb. Jurnalistlərin fəaliyyətinə maneələr törədilib.

Ümumilikdə isə polis aksiyada iştirak edən xanımlara qarşı xüsusi zorakılıq göstərib. Xanımlardan bir neçəsini yerə yıxıb həbs etməyə cəhd edilib.
Təşkilatçılar isə aksiyanın baş tutduğunu bəyan ediblər.

Qeyd edək ki, aksiyada olan polis zorakılığı və özbaşınalığına qarşı, həmçinin aksiyada jurnalistlərə olan təziqlərlə bağlı bu gün Azərbaycan İnsan Haqları Müdafiəsi Komitəsi bəyanat yayıb. Bəyanatda bildirilir ki: "Aksiyada jurnalistlərin informasiya almaq istəklərinin məhdudlaşdırılması, aksiya iştirakçılarına qarşı zorakılıqlar yol verilməzdir! Biz bu zorakılığı pisləyirik və Daxili İşlər Nazirliyindən Səbail polislərinin bu qanunsuz hərəkətlərə son qoymalarını təmin etmələrinə səsləyirik" deyə bildirilir.

Qeyd edək ki, polis əməkdaşları aksiya iştirakçılarını küçə söyüşlərilə söyərək təxribatlara çəkmək istəyib.

Bia.az