Bakıda aksiya olub - Fotolar

bakida-aksiya-olub-fotolar
Oxunma sayı: 658

100-ə yaxın aksiya iştirakçısı ilk olaraq Fövqəladə Hallar Nazirliyinə yürüş edib. Etirazçılar FHN-in qarşısında aksiya keçiriblər. Onlara tutarlı cavab verilmədiyindən Prezident Administrasiyasına üz tutublar. Bu zaman polis aksiya iştirakçıları ilə kobud davranıb və onları Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) tərəf yönəldib. Yol boyu aksiyaçılar “Haqqımızı bərpa edin”, “Biz evlərimizi istəyirik” kimi şüarlar səsləndiriblər. BŞİH-də etirazçıları heç kim qəbul etməyib. Daha sonra onlar Baş Prokurorluğa yollanıblar. Orada aksiyaçıları saat 15:00-da qəbul edəcəklərini bildiriblər.

Hadisə zamanı heç kimin saxlanılmayıb. Lakin aksiyaçılar şüar səsləndirərkən polis zorakılığı ilə üzləşiblər.

Yeni Müsavat