Bakıda ata-oğul dramı

bakida-ata-ogul-drami
Oxunma sayı: 662

Rayon Prokurorluğundan verilən məlumata görə, Şağan qəsəbəsində ata onu bıçaqlayan oğlunu həbsdən qorumaq üçün canından keçib.

“Qafqazinfo” xəbər verir ki, mayın 10-da saat 11 radələrində Şağan qəsəbəsində 18 yaşlı Rüfət Xəlilov mübahisə zamanı 47 yaşlı atası Ağabəy Xəlilovu qarnından bıçaqlayıb. Bir bıçaq yarası alan A.Xəlilov oğlunu polisə verməmək üçün xəstəxanaya getməyib və evdə yarasını sağaltmaq istəyib. Lakin dünən onun vəziyyəti pisləşib və Mərdəkan qəsəbəsindəki xəstəxanaya gətirilsə də, orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.