Bakıda avtomobil qaçırıldı - Kriminal xəbərlər

bakida-avtomobil-qacirildi-kriminal-xeberler
Oxunma sayı: 693

Mayın 29-na keçən gecə B.Bağırov küçəsində yaşayan Feyzulla Seyidova məxsus «VAZ-2106» markalı avtomobil qaçırılmışdır. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Heydər Cəfərov iyunun 6-da yaxalanmışdır. Müəyyən edimişdir ki, o, bu müddət ərzində avtomobilin ehtiyat hissələrini satmış, banını isə Ləhic bağları yaxınlığında yandırmışdır.

Mayın 31-də 165 saylı xətt avtobusunda Bakı şəhər sakini Rəşad Həşimovun mobil telefonu oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Kafi iyunun 6-da tutulmuşdur.

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə axtarışda olan Mirxanlar Qasımov iyunun 6-da tutulmuşdur.

Bakı şəhər BPİ
Mətbuat xidməti

07.06.2011