Bakıda Banqladeş vətəndaşları soyuldu - Kriminal xəbərlər

bakida-banqlades-vetendaslari-soyuldu-kriminal-xeberler
Oxunma sayı: 677

Fevralın 29-da 105 saylı xətt avtobusunda Bakı şəhər sakini Azər Qəmbərov Ramiz Əliyevin cibindən 103 manatını götürüb qaçarkən Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş və onun üzərindən 0,239 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.

Fevralın 29-da Bakı şəhər sakini Fərid Məhərrəmov İlyas Rzayevə məxsus S.S.Axundov küçəsində yerləşən gözəllik salonundan şüşəni sındırma yolu ilə kassa aparatı oğurladığı üçün Binəqədi RPİ CAŞ və 5-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Fevralın 15-də 20 yanvar küçəsində naməlum şəxs Mirvari Abbasovaya məxsus, içərisində mobil telefon və 80 manat, fevralın 25-də isə Ellada Xankişiyevaya məxsus, içərisində 45 manat və 2 ədəd mobil telefon olan əl çantasını alaraq qaçmışdır. Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Yevlax rayon sakini Tamerlan Hüseynov fevralın 29-da tutulmuşdur.

Fevralın 28-də M.Müşfiq küçəsində yerləşən tikinti şirkətinin həyətindəki fəhlə yataqxanasından Xaçmaz rayon sakini Rasim Rasimov və Şəki rayon sakini Raqif Abdullayev kustar üsulla qapıları açaraq Banqladeş vətəndaşları Rahman Setauntun mobil telefonunu, İqbal Hüseynin qol saatını, Sayul İslamın yaddaş kartı və qulaqcığını, Mia Litonun mobil telefonunu və 40 manatını, Ali Səlahəddinin mobil telefonunu, Miah Salimin və Asiq Uzamanın 40 manat və qol saatlarını oğurladıqlarına görə DİN BMİ və Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıblar.