Bakıda bələdiyyə sədri rüşvətə görə tutuldu

bakida-belediyye-sedri-rusvete-gore-tutuldu-
Oxunma sayı: 659

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Binə qəsəbə bələdiyyəsinin sədri Babaxan İsayev və iki bələdiyyə üzvü saxlanılıb.

Onlar rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunurlar.

Faktla bağlı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.