Bakıda beş min nəfərlik mitinq olacaq

bakida-bes-min-neferlik-mitinq-olacaq
Oxunma sayı: 653

MMP-nın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, toplantıda 19 may mitinqinə hazırlıq işləri müzakirə edilib və təşkilatların özək sədrlərinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda dünən, Mitinq Komitəsinin verdiyi məlumata görə hazırda rayon təşkilatları mitinqlə bağlı əhali ilə intensiv işlər aparır. Bu işdə partiya fəalları mitinqə çağırışla əlaqədar xüsusi fəallıq nümayiş etdirirlər. Hazırlıqların vəziyyəti haqqında MMP-nin Təşkilatı Məsələlər üzrə sədr müavini Fərhad Əliyev hazırlıqlarla bağlı daha geniş məlumat verib: “Şüarlar və bayraqlar artıq hazırdır”.

Mitinqə ciddi hazırlaşdıqlarını deyən Fərhad Əliyev mitinqin möhtəşəmliyini təmin etmək üçün bütün variantlardan istifadə edildiyini dedi . Onun sözlərinə görə, hazırda MK ən ucqar rayon və qəsəbələrində əhali arasında təbliğat işləri aparır. Fərhad Əliyev Partiya üzvləri ilə yanaşı bitərəflərin də bu mitinqdə iştirak edəcəyini dedi; “Bununla bağlı təşkilat üzviləri genişmiqyaslı işlər aparır. Əgər BŞİH-i bizə istədiyimiz yerdə icazə versə və maneələr olmasa mitinq iştirakçılarının sayını dediyimiz sayda təşkil edə biləcəyik. Hesab edirik ki, ölkədə demokratik şəraiti təmin etmək üçün və insanları maarifləndirmək üçün bu aksiyalar vacibdir. Biz mitinqlərdə sayımızı, coşqunu artıra bilsək istədiyimizə mütləq nail olacağıq”.

Qeyd edək ki, MMP mayın 19-da, saat 15:00-dan 17:00-dək Nərimanov metro stansiyasının ətrafında və yaxud Füzuli meydanında beş min nəfərlik mitinq keçirməyə qərar verib və bununla bağlı BŞİH-nə müraciət edib.