Bakıda beynəlxalq sığorta forumu başlayıb

bakida-beynelxalq-sigorta-forumu-baslayib
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, Bakı Biznes Mərkəzində baş tutan
II Azərbaycan Beynəlxalq Sığorta Forumu “Azərbaycanın sığorta bazarının inkişafının perspektivləri” mövzusunda keçirilib. Forumun əsas mövzuları “İcbari sığorta”, “Həyat sığortası” və “Banklar və onların sığorta bazarı ilə münasibətləri” olub.

Forumda Azərbaycanın maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycanın sığorta bazarının keçdiyi inkişaf yollarından danışıb: “Tədbirin məqsədi ölkənin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir”.

Qeyd edək ki, ikinci dəfə keçirilən beynəlxalq tədbirdə həmçinin dünya sığorta birliklərinin iştirakçılarının birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, sığortaçıların iş görüşmələri və tərəfdaş münasibətlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Forumun işində Azərbaycan sığorta şirkətlərinin rəhbərləri ilə yanaşı mühüm beynəlxalq sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri də iştirak edirlər.

Nigar Məmmədli