Bakıda bıçaqlanan şəxs nazirliyin əməkdaşı çıxdı

bakida-bicaqlanan-sexs-nazirliyin-emekdasi-cixdi
Oxunma sayı: 646

Bu barədə “Qafqazinfo”ya rayonun İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Barxudar Barxudarov məlumat verib. O bildirib ki, bıçaqlanan şəxsin İH-nin əməkdaşı barədə yayılan xəbər doğru deyil. B. Barxudarov deyib ki, əslində E. Ağakişizadə Gənclər və İdman Nazirliyinin Suraxanı rayonu üzrə Gənclər və İdman İdarəsinin əməkdaşı olub.

Xatırladaq ki, bu gün SİA Bakının Nəsimi rayonu Azadlıq prospekti, “Dostluq” kinoteatrının yaxınlığında Suraxanı rayon İH-nin əməkdaşı Elşən Atakişizadənin naməlum şəxs tərəfindən bıçaqlanması barədə məlumat yayıb. Məlumata görə, o 1 saylı şəhər xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən boğaz nahiyəsindən bıçaq yarası alıb. Hazırda yaralının vəziyyəti normal olsa da, o reanimasiya şöbəsində müalicəsini davam etdirir.

“Qafqazinfo” da SİA-ya istinadən həmin xəbəri yaymışdı.