Bakıda bir mənzil külə döndü

bakida-bir-menzil-kule-dondu
Oxunma sayı: 676

Anspress xəbər verir ki, Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsi 34 mənzil 19-da yanğın baş verib. 3-mərtəbəli binanın 1-ci mərtəbəsində meydana gələn yanğın Zeynalov Ramiz Rəsul oğluna məxsus 3-otaqlı mənzildə qeydə alınıb. Evdə alovlanma müşahidə edilən zaman mənzil sahibləri evdə olsalar da, xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.

Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri əraziyə cəlb ediliblər. Qısa zamanda alovun başqa mənzillərə keçməsinin qarşısı alınıb. Araşdırma zamanı məlum olub ki, hadisə zamanı 90 kvadratmetr sahəsi olan mənzilin təxminin 70 kvadratmetri tamamilə yanaraq külə dönüb.

Yanğının qarşısı tam alındıqdan sonra isə, mənzilə FHN istintaq və təhqiqat idarəsinin əməkdaşları tərəfindən baxış keçirilib. İlkin ehtimallara görə yanğın mənzildəki elektrik xətlərində baş verən qısanapanma nəticəsində yaranıb. Yanğının dəqiq baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.