Bakıda bir nəfəri ilan, iki nəfəri isə əqrəb sancdı

bakida-bir-neferi-ilan-iki-neferi-ise-eqreb-sancdi
Oxunma sayı: 804

Bakı Şəhər Təcili və Təxirəsalınmaz İlkin Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, dünən Bakının Məhəmmədi kəndində bir qadını ilan sancıb.

Pirallahı qəsəbəsi və Qaradağ rayonunda isə bir kişini və bir qadını əqrəb sancıb.

Hər 3 şəxs xəstəxanaya yerləşdirilib.

Stansiyadan bildirilib ki, ötən gün ərzində gün vuran şəxslərdən biri xəstəxanaya yerləşdirilib.