Bakıda biznesledinin evi qarət edildi

bakida-biznesledinin-evi-qaret-edildi
Oxunma sayı: 654

Bakının Nizami rayonu ərazisində biznesledinin evi qarət olunub. Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Rüstəm Rüstəmov küçəsi 14, mənzil 87-də yaşayan Gürcüstan vətəndaşı Fatma Məmmədovanın evindən oğurluq edilib.
F. Məmmədova Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, bu gün saat 16:00 radələrində evinə gedən zaman mənzilin qapısını açıq görüb. Mənzilə daxil olanda F.Məmmədova əşyaların alt-üst edildiyinin şahidi olub. Məlum olub ki, naməlum şəxslər mənzildən 10.000 avro pul və 1 kiloqram qızıl oğurlayıblar.

Hadisə yerinə gələn polis əməkdaşları naməlum şəxslərin mənzilə açarseçmə üsulu ilə qapısının açaraq içəri girməsini müəyyən ediblər.

Bakıda maşın biznesi ilə məşğul olan 45 yaşlı F.Məmmədovanın evindən oğurluq edənlərin tapılması istiqamətində polis əməliyyata başlayıb.