Bakıda biznesmen ölümünün polis tərəfindən törədildiyi iddia olunur

bakida-biznesmen-olumunun-polis-terefinden-toredildiyi-iddia-olunur
Oxunma sayı: 669



Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ət biznesi ilə məşğul olan 40 yaşlı Akif Fikrət oğlu Rəsulov ağır kəllə-beyin travması ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilsə də, ötən gün orada dünyasını dəyişib.

Məlumata görə, A. Rəsulov yanvarın 4-də axşam saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında sərxoş vəziyyətdə səkidən yıxılıb. Huşsuz vəziyyətdə yerdə qalan A. Rəsulov hadisə yerinə çağırılan təcili yardım maşınına mindirilmək xəstəxanaya çatdırılıb. Bir gün koma vəziyyətində qalan A. Rəsulov ötən gün axşam saatlarında orada keçinib.

Mərhumun yaxınları isə iddia edir ki, A. Rəsulovu polis əməkdaşları döyərək öldürüb. Hadisə şahidlərindən eşitdikləri məlumata görə, Akif təcili yardım maşınına minməkdən imtina edib, polis əməkdaşları onun başına dəyənəklə zərbələr endiriblər.

Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Onun ölümünü səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Onu da əlavə edək ki, A.Rəsulov “Vosmoy” bazarında ət biznesi ilə məşğul olurmuş.