Bakıda “bomba” torbasından qum çıxdı - Yenilənib

bakida-bomba-torbasindan-qum-cixdi-yenilenib
Oxunma sayı: 677

14.46
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakının Nərimanov rayonu ərazisindəki tuneldə şübhəli əşyanın olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb və şübhə yaradan 2 ədəd sellofan torbaya baxış keçiriblər. İçərisində qum aşkar edilmiş hər iki torbanın təhlükə daşımadığı müəyyən olunub. Əməliyyat saat 23:40-da başa çatıb.

-----
09.05
Ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelə bomba qoyulması barədə Daxili işlər nazirliyinin (DİN) 102 xidmətinə anonim zəng gəlib. Bu xəbərin gəlişindən sonra əraziyə təcili olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) və DİN əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirlərini nəzərə alan polis tunelin içi ilə hər iki tərəfə nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Bir qədər sonra ərazidə axtarış tədbirlərini həyata keçirək üçün FHN-nin xüsusi təlim görmüş itləri də əməliyyata cəlb edildi.

Bir neçə saat davam edən axtarış tədbirləri nəticəsində göstərilən ünvana bomba qoyulması barədə verilən məlumat təsdiqini tapmayıb. Nərimanov rayon polis idarəsindən verilən məlumata görə, tunelin hər bir tərəfi və ətraf ərazilərdə aparılan axtarışlar zamanı heç bir partlayıcı vasitəyə rast gəlinməyib.

Qeyd edək ki, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları yol ötürücüsünə bomba qoyulması barədə polisə yalan məlumat verən şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində axtarışlarını davam etdirir.

anspress