“Qafqazinfo”nun AFFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) açılış mərasimini Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edəcək.
Açılış mərasiminin biletləri aprelin 16-dan çempionatın http://www.fifa.com/Azerbaijan2012 rəsmi internet səhifəsindən əldə oluna biləcək.
Bilet satışı ilə bağlı videoanonsa affavideo.az saytına daxil olmaqla baxmaq mümkündür.
Xatırladaq ki, sentyabrın 22-də start götürəcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı oktyabrın 13-də başa çatacaq.