Bakıda çörəyin qiyməti yenə qalxdı - Video

bakida-coreyin-qiymeti-yene-qalxdi-video
Oxunma sayı: 685

Bəzi mağazalarda qiyməti 30 qəpiyə olan çörəyin axşamdan 35 qəpiyə satıldığı müşahidə edilib. Unun qiymətində də artım müşahidə olunub.

ANS əməkdaşlarının bir neçə dəyirmanda apardığı müşahidələr zamanı məlum olub ki, əgər 2 ay bundan əvvəl 1 kisə unun qiyməti 17 manat 50 qəpik idisə, indi 19 manat 50 qəpik olub. İstehsalçılar bahalaşmaya səbəb kimi xarici ölkələrdə hökm sürən quraqlıqla bağlı idxal olunan buğdanın bahalaşmasını göstərir.

Qeyd edək ki, çörək bazarı mütəmadi qaydada nəzarət edilən bazardır. İqtisadi İnkişaf Nazirliyi yanında antiinhisar siyasəti xidməti vaxtaşırı olaraq çörəyin qiyməti ilə bağlı monitorinq keçirir.