Bakıda daha bir avtobus qəzası - Yaralılar var + Video

bakida-daha-bir-avtobus-qezasi-yaralilar-var-video
Oxunma sayı: 649

Bu barədə Trend-ə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İlkin məlumata görə, ağır yol qəzası Xırdalan şossesində baş verib.
Hadisə yerində DYP və təcili tibbi yardım briqadaları işləyir.
Xəsarət alanların olduğu bildirilsə də, BŞDYPİ-də yaralananların sayını dəqiqləşdirməyiblər.

Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yol qəzasında ölən olmayıb, avtobusda olan 3 sərnişin xəsarət alıb və xəstəxanaya çatdırılıb.

İdarədən bildirilib ki, qəzaya avtobus sürücüsünün yol hərəkəti qaydasını pozması olub.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "KAMAZ" markalı yük maşını daşla dolu olub. Yük avtomobili avtobusla qarşı-qarşıya gələrək toqquşub. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə deyib ki, hadisə yerinə gəldikdə onlar orada yalnız bir xəstəyə tibbi yardım göstəriblər. Həmin şəxs Travmatologiya İnstitutuna yerləşdirilib. İkinci şəxs isə özü Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi bölməsinə müraciət edib. Hər iki şəxs yüngül xəsarət alıb.