Bakıda daha bir uçqun baş verdi

bakida-daha-bir-ucqun-bas-verdi
Oxunma sayı: 665

Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsi D massivi 16 saylı binanın yanında uçqun baş verib. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, sahəsinin uzunluğu 20 metrə qədər, hündürlüyü 6 metr olan iki pilləli istinad divarı uçub. Uçqun çökmə nəticəsində baş verib.

İstinad divarının arxasında olan çökmə torpaqlar kanalizasiya sistemindən axıntı nəticəsində tamamilə islanıb. Həmin ərazidə çökmədən sonra istinad divarının uçması baş verib.

Niftiyev bildirib ki, hazırda Bakıdakı sürüşmə sahələrində vəziyyət stabildir.

Qeyd edək ki, ötən həftə Bakının Bayıl qəsəbəsində də düzgün tikilməyən istinad divarı uçmuşdu.