Bakıda daş karxanasında kütləvi dava – 5 yaralı

bakida-das-karxanasinda-kutlevi-dava-5-yarali-
Oxunma sayı: 726

Davaya səbəb daş karxanasının iki nəfər sahibkara icarəyə verilməsi səbəb olub. Belə ki, daş karxanasının Yusif adlı rəhbəri obyekti iki ayrı şəxsə icarəyə verib. O, əvvəlcə karxananı bir nəfərə 285 min manata 3 illik icarəyə verib. Sonra isə müddət başa çatmamış 45 min manata başqa bir şəxsin istifadəsinə yönəldib. İkinci icarəçi ilə şərt kəsib ki, karxanadan yalnız birinci icarəçiləri çıxarmağının müqabilində işləyə bilər. Bu isə münaqişənin əsasını qoyub. Hətta münaqişə məhkəməyə qədər uzanıb. Məhkəmə birinci icarəçinin xeyrinə qərar çıxarsa da, onlar problemlərinin yumruqla həll etməyə qərar veriblər. Qeyd etdiyimiz kimi bu gün tərəflər arasında qanlı dava baş verib.

Sonradan hadisə yerinə gələn polis tərəfləri sakitləşdirib və baş verən olayla bağlı araşdırmalara başlayıb.