Bakıda dəhşətli cinayət – 7 yaşlı qıza təcavüz

bakida-dehsetli-cinayet-7-yasli-qiza-tecavuz-
Oxunma sayı: 680

Baş Prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Rauf Cəfər 2011-ci ilin aprel-may aylarında yaxın tanışı Adil Kərimovun (ad və soyad şərtidir) Qaradağ rayonunda yerləşən evinə gedib-gələrkən onun nəvəsi, 2004-cü il təvəllüdlü Sevinc Kərimovanın (ad və soyad şərtidir) evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edərək dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb.

Rauf Cəfər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.