Bakıda dəhşətli cinayət törədildi

bakida-dehsetli-cinayet-toredildi
Oxunma sayı: 664

Yasamal Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 18-dən 19-a keçən gecə, saat 03:00 radələrində Yeni Yasamal 2-də yerləşən "Qismət" şadlıq evinin arxasındakı yarıtikilmiş binada kirayənişin yaşayan 45 yaşlı Malik Abdullayev aralarında baş vermiş mübahisə zəminində, arvadı, 33 yaşlı Təranə Abdullayevaya mətbəx bıçağı ilə çoxsaylı bədən xəsarətləri yetirib.

Abdullayeva Kliniki Tibbi Mərkəzdə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Abdullayev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.