Bakıda dəhşətli qəza: ölənlər var - Fotolar

bakida-dehsetli-qeza-olenler-var-fotolar
Oxunma sayı: 681

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, içərisində üç nəfər olan "VAZ-2106" markalı avtomobil hərəkət edən zaman təkəri partlayıb və o BMW markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində BMW markalı avtomobil Range Rover markalı avtomobillə toqquşub. Bu, Range Rover-in alışmasına səbəb olub.

Hadisə yerində Azərbaycanın FHN-nin əməkdaşları işləyir.

İlkin məlumatlara görə, yol-nəqliyyat hadisəsi nəticəsində VAZ-2106 salonda olmuş üç nəfər ölüb.