Bakıda dəhşətli tıxac

bakida-dehsetli-tixac-
Oxunma sayı: 661

Belə ki, bir neçə saatdır davam edən tıxac həm 28 May istiqamətinə gedən ictimai nəqliyyatın, həm də oradan şəhərin bir neçə istiqamətinə doğru hərəkət edən yolların bağlanmasına səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, bu dəqiqələrdə Yusif Səfərov küçəsindən 28 May metrosuna doğru da yolda uzun tıxac yaranıb. O istiqamətdə olan Cavanşir körpüsündə də vəziyyət eynidir. Tıxac getdikcə böyüyür, artıq “Amay” ticarət mərkəzinin yaxınlığında belə şəhərə tərəf edənlər tıxaca düşürlər.

Səhər saatlarında Heydər Əliyev prospektində də eyni vəziyyət yaranıb.