Bakıda ər arvadının həbsini tələb etdi - Şok

bakida-er-arvadinin-hebsini-teleb-etdi-sok
Oxunma sayı: 677




Bakıda maraqlı ailə münaqişəsi baş verib. Polisdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Nəsimi rayonu ərazisində qeydə alınan maraqlı hadisənin “qəhrəman”ı ərdir. Belə ki, “Papanin” adlanan ərazidə yaşayan 24 yaşlı Nazim Namazov prokurorluğa gələrək 19 yaşlı arvadı Aynurə Quliyevadan (ad və soyadlar şərtidir) şikayət edib. O, arvadının həbs olunmasını istəyib.

Ər şikayətini arvadının onu döyməsi ilə əsaslndırıb. Qeyd edib ki, evdə arvadının əməllərindən cana gələrək onu vurub. Əvəzində isə arvadının zərbələrinə məruz qalıb. Onun iddiasına görə, arvadı Aynurə Quliyeva evdə əlinə keçən əşyalarla onun başına bir neçə zərbə vurub. Nəticədə dərəcəsi təyin olunmayan xəsarətlər alıb.

N.Namazov şikayətində arvadının həbs edilməsini xahiş edir. Hazırda “xoşbəxt” cütlüklərin şikayəti araşdırılır.

Onun da əlavə edək ki, hüquq-mühafizə orqanlarına eyni məzmunda şikayətlə A.Quliyeva da müraciət edib.