Bakıda erməni jurnalist var

bakida-ermeni-jurnalist-var-
Oxunma sayı: 806



Ermənistanın “Avrovizion” mahnı müsabiqəsində Azərbaycana qarşı görünməmiş təxribat planı hazırladığı haqda hələ yarışma başlamazdan əvvəl yazmışdıq. Bir neçə həftə əvvəl yazdığımız həmin materialda qeyd olunurdu ki, müxtəlif ölkələrdə yaşayan yüzlərlə erməni jurnalist müsabiqəyə qatılmaq üçü müxtəlif KİV-in adından qeydiyyatdan keçirlər. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan və media orqanlarında çaslışan erməni jurnalistlər, həm də jurnalist olmayan ermənilər var. Ermənilər həmin KİV-lərin təmsilçilər kimi Azərbaycana gəlmək, müsabiqə müddətində burada olmaq və qayıtdıqdan sonra isə dünya mediasında ölkəmiz əleyhinə qeyri-obyektiv məlumatlar yaymaq niyyətindədirlər.

Yazıda onlar həm müsabiqədə qarışıqlıq yaratmaq, həm də qayıtdıqdan sonra ölkənin əleyhinə şər-böhtan kampaniyaları aparmaq niyyətləri qeyd olunmuşdu.

Elə bu gün “Qafqazinfo”ya maraqlı bir məlumat daxil olub. Məlumata görə, yazdığımız informasiya həqiqətən də özünü doğruldub. Belə ki, artıq onlarla erməni əsilli jurnalist dünyanın müxtəlif KİV-lərində qeydiyyatdan keçərək Azərbaycana gələ bilib. Onlar artıq ölkəmiz əleyhinə fəaliyyətə da başlayıblar. Və artıq həmin jurnalistlərin Azərbaycan əleyhinə yazdıqları informasiyalar, qeyri-obyektiv məlumatlar təmsil etdikləri media orqanlarında işıq üzü görməkdədir. Redaksiyamıza daxil olan informasiyada həmin jurnalistlərdən biri nişan da verilib. Qeyd olunub ki, o, jurnalistin yazdıqlarına baxmaq kifayət edər ki, onun erməni əsilli olduğuna şübhə yeri qalmasın. Həmin jurnalistin “Reuters”in Cənubi Qafqaz üzrə təmsilçisi Marqarita Antidze olduğu bildirilir. Bu jurnalistin konkret olaraq anasının erməni olduğu və “Eurovision”u işıqlandırmaq üçün Bakıya xüsusi məqsədlər üçün gəldiyi daxil olan məlumatlar sırasındadır.

Qeyd edək ki, rəsmi Bakı müsabiqənin keçirilməsi üçün bütün şəraitin yaradılacağına, təhlükəsizliyin yüz faiz təmin olunacağına dair dəfələrlə söz versə də, dünyanın bir sıra KİV-lərində hələ də narahatlıq ifadə edən məlumatlar yer almaqdadır.

Lakin bu gün müsabiqənin finalı, yəni sonuncu günüdür. Müsabiqə başlayandan indiyədək hələlik heç bir ciddi insident, xoşagəlməz olay yaşanmayıb. Sadəcə olaraq, MTN və digər xüsusi xidmət orqanları tərəfindən proflaktik əməliyyatlar keçirilib ki, bu da ciddi rezonansa səbəb olmayıb.

Bir sözlə, Azərbaycanın dünyaya göstərəcəyi nümunəyə baxmaq üçün cəmi bir sutkalıq səbr yetər.