Bakıda evi soyulub, həyat yoldaşı döyülən vəzifəli şəxs kimdir?

bakida-evi-soyulub-heyat-yoldasi-doyulen-vezifeli-sexs-kimdir
Oxunma sayı: 791

Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində evə basqın etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Yeganə Rəhimova, Fariz Məmmədov və Fərid Məmmədov oktyabrın 15-də tutulublar. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xətai rayon Polis İdarəsinin istintaq şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dəstə cinayət əməlini xüsusi hazırlanmış klassik fəndlə həyata keçirib. Cinayətin həyata keçirilməsində ilk iş dəstənin qadın üzvü olan Yeganə Rəhimovanın imiş. O, mənzilin qapısını döyərək özünü Mənzil İstismar Sahəsinin əməkdaşı kimi təqdim edərək siyahıyaalma aparıldığını deyib, bu yolla ev sahibinin qapını açılmasına nail olub. Sonra ev sahibini danışığa tutaraq başını qatıb və dəstənin digər üzvləri mənzilə soxulublar.

Hazrıda quldurluqda şübhəli bilinən şəxslərdən cəmi 3 nəfəri həbs edilib. Zərərçəkmişin ifadəsinə görə, onların sayı 5 nəfər olub. Hazırda digər iştirakçıların tutulması istiqamətində iş aparılır.

“Qafqazinfo”nun əldə məlumatlara görə, evdən qeyd edildiyi kimi 50 deyil, 150 min manat aparılıb. Ən əsası isə soyğunçuluq edən Yeganə ilə Fəridin nişanlı olmalarıdır. Baş verən cinayət hadisəsininin daha önəmli məqamı isə oğurluq olan evin ölkənin vəzifəli şəxslərindən birinə məxsus olmasıdır. Məlumata görə, həmin şəxs rəsmu qurumlardan birində idarə müdiri vəzifəsində işləyir. Həmin şəxsin kimliyini və onun konkret hansı qurumu təmsil etməsi ilə bağlı əlimizdə məlumatlar var. Lakin son dəqiqləşmələri apardıqdan sonra materialı yenidən təqdim edəcəyik.