Bakıda fahişə biznesi ilə məşğul olanlar həbs edildi

bakida-fahise-biznesi-ile-mesgul-olanlar-hebs-edildi-
Oxunma sayı: 686

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə axtarışda olan Müzəffər Cəfərov iyunun 1-də tutulub.


İyunun 1-də D.Əliyeva küçəsində Bakı şəhər sakini Ramin Həsənov həmin ünvanda yaşayan Vaqif Şahmirzəyevi başı ilə vuraraq xəsarət yetirdiyinə və 1700 manatını aldığına görə Nəsimi RPİ 21-ci PB əməkdaşları tərəfindən yaxalanıb.

İyunun 1-i saat 09 radələrində Şüvəlan - Türkan yolunda Bakı şəhər sakinləri Ramil Hüseynov və Amil Qurbanovun idarə etdikləri “Mersedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə, A.Qurbanov hadisə yerində ölüb, sərnişini Balağa Şərifov isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Mayın 27-də naməlum şəxs Binə qəsəbəsində Mehman Hüseynovun mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmayıb. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Balakən rayon sakini Elnur Xəlilov iyunun 1-də yaxalanıb.

Aprelin 15-dən mayın 31-dək olan müddətdə Bakı şəhər sakinləri İlqar İsmayılovun və qardaşları - Vüqarla, Fikrətə məxsus Buzovna qəsəbəsindəki hasara alınmış torpaq sahələrindən dəmir darvazalar oğurlanıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Malik Qələmov və Xanlar Hüseynov iyunun 1-də yaxalanmıblar.

Mayın 25-də Q.Qarayev prospektində iki naməlum şəxs Bakı şəhər sakini Rüfət Məmmədovun qarın nahiyəsindən daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək iki ədəd mobil telefonunu və içərisində 50 manat olan pul kisəsini alaraq qaçıblar. Nizami RPİ CAŞ və 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Adil Qazıyev və əvvəllər məhkum olunmuş Rasim Bibyakov iyunun 1-də yaxalanıblar.