Bakıda falçı tutuldu-Kriminal xəbərlər

bakida-falci-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 860

Aprelin 9-da Bakı şəhər sakini Mehriban Əhmədova Metropolitendə PŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 7-də metronun “Elmlər Akademiyası” stansiyasının keçidində işlədiyi ticarət köşkündə bir qadın fala baxmaq adı ilə ondan 220 manat və qızıl-zinət əşyaları alaraq dələduzluq edib. Metropolitendə PŞ Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Balaxanı qəsəbə sakini Samirə Karpenko aprelin 24-də tutulub.

Aprelin 23-də II Zabrat qəsəbəsi yeni tikilidə yaşayan Vaqif Novruzov yaşadığı ünvanın yaxınlığında aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakini Elvin Hacıyev aprelin 24-də tutulub.

Aprelin 19-da A.Məhərrəmov küçəsində yerləşən avtoyuma sexindən Bakı şəhər sakini Tacəddin Əfəndiyevə məxsus “BMW” markalı avtomobil qaçırılıb. Nəsimi RPİ 19-cu PB və Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Ağsu rayon sakini Eyvaz Kazımov aprelin 23-də Ağsu rayonunda avtomobillə birlikdə saxlanılıb, cinayətin digər iştirakçısının tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilovdan 500 qrama yaxın narkotik vasitə olan marixuana aşkar edilib.