Bakıda “Formula-1” şousu başlayır

bakida-formula-1-sousu-baslayir
Oxunma sayı: 644

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, yarış təşkilatçılarına istinadən verdiyi məlumata görə, iyunun 17-də Bakıda ilk dəfə olaraq «Formula-1»in hazırkı çempionu «Red Bull Racing» komandasının RB7 bolidi nümunəvi avtoyürüşlər keçirəcək. Avtoyürüşlər Neftçilər prospektində, improvizasiya olunmuş yarış trasında baş tutacaq. Yarış bolidini ən məşhur avtoyürüşçülərdən biri, «Formula-1»in əfsanəsi və «Red Bull Racing» komandasının üzvü Devid Kulthard (David Coulthard) idarə edəcək.

Qeyd edək ki, Devid Kulthard bundan öncə «Formula-1»də iştirak edən «Williams» və «McLaren» komandalarının üzvü olub. Adrian Nyuinin bolidlərində Devid Kulthard 13 qran-pri qalibi olub, 62 dəfə podiuma qalxıb.

Xatırladaq ki, RB7 – «Formula-1» 2011-ci il mövsümü üçün AdrianNyuinin rəhbərliyi altında hazırlanan «Red Bull Racing» komandasının yürüş avtomobilidir. «Renault RS27-2011» 2,4 litr mühərriki ilə təchiz edilib. Avtomobil 2,5
saniyə ərzində 100 kilometrədək sürət yığmağa malikdir.