Bakıda fransızsayağı xəyanət

bakida-fransizsayagi-xeyanet
Oxunma sayı: 745

Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, oğul anasını satsa da, ata arvadına xilaf çıxmayıb. Paytaxt ərazisində biznes fəaliyyəti ilə məşğul olan 35 yaşlı Nəsimi Namazov hüquq-mühafizə orqanına arvadının başqa kişi ilə intim münasibəti çəkilmiş videonu təqdim edib. O, xanımı Sevinc Namazovanın azyaşlı övladının gözü qarşısında gənc oğlanla əxlaqsız hərəkətlər etdiyini göstərib və onların cəzalandırılması tələb edib.

Belə ki, N. Namazovun azyaşlı oğlu ona deyib ki, işdə olan zamanda anasının yanına başqa bir oğlan gəlir. Övladının dediklərini düzgünlüyünə şübhə etməyərək evə, o cümlədən yataq otağına kamera quraşdırır. Kamera görüntülərinə uşağın dedikləri təsdiqini tapır. Məlum olub ki, o, işə gedən kimi evinə gənc bir oğlan gəlir. Arvadı ilə öpüşür, sonra isə yataq otağına keçirlər. Orada intim münasibətdə olurlar. Həmin vaxt otağa keçən uşağı isə hər dəfə oradan uzaqlaşdırırlar.

Aparılan araşdırmalardan sonra məlum olur ki, qadının intim münasibətdə olduğu şəxs N. Namazovun uşağını məktəbə aparıb-gətirən taksi sürücüsüdür. Sevinc ifadəsində taksi sürücüsü ilə münasibətdə olduğunu etiraf etsə də, bu prosesin azyaşlı oğlunun gözü qarşısında etmədiyini bildirib.

Bir neçə ay davam edən araşdırmalardan sonra Sevincin övladının gözü qarşısında əxlaqsızlıq etməsi öz təsdiqini tapmır və N. Namazov arvadı ilə barışaraq qaldıqları yerdən davam edirlər.

Onu da əlavə edək ki, hər iki şəxsin adı şərti göstərilib.