Bakıda generalın oğlu oğurluq edərkən yaxalandı

bakida-generalin-oglu-ogurluq-ederken-yaxalandi
Oxunma sayı: 647

Məlumata görə, oğruların hədəfi yenə də “Jiquli”lər olub. Qeyd edək ki, Nəsimi polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan 26 yaşlı Məmmədov Royal Bilal oğlu və 20 yaşlı Beydullayev Amin Məmməd oğlu paytaxtın Nəsimi rayonunda bir avtomaşının təkərinin oğurlunmasına cəhd etdikləri zamanı ələ keçsələr də, sonrakı araşdırmalar həmin şəxslərin buna bənzər bir neçə əməllərini də üzə çıxarıb.

Aminlə Royalın səmimi etirafına görə, ümumilikdə onlar yeddi bu cür fakta imza atıblar. Hər dəfə də maşınlardan maqnitofon, işıqlar və ya təkərlər götürülüb. Oğurluqların biri isə Bakının Binəqədi rayonundan edilib.

Məlumat üçün bildirək ki, 20 yaşlı Amin Beydullayev silahlı qüvvələrin baş inspeksiyasının rəisi general mayor Məmməd Beydullayevin oğludur.

Faktla bağlı isə hər iki şəxs barəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

anspress