Bakıda gözəllik salonunda əlbəyaxa dava

bakida-gozellik-salonunda-elbeyaxa-dava
Oxunma sayı: 656

Dünən Bakıda fəaliyyət göstərən salonlardan birində əlbəyaxa dava olub. Bu barədə məlumat “Qafqazinfo”ya polisdən daxil olub. Məlumata görə, dünən Nəsimi rayonu 20 yanvar küçəsi 1-də fəaliyyət göstərən gözəllik salonunda güclü dava düşüb. Belə ki, Qubanın Xınalıq kəndindən olan Qəribov Kirman Oruc oğlu sərxoş vəziyyətdə sözügedən salona daxil olaraq orada çalışan İlkanə və Aliyə adlı işçiləri döyərək onlara xəsarət yetirib. Həmin vaxt gözəllik salonunda olan müştəri qız bayırda gözləyən nişanlısını köməyə çağırıb. Gözəllik salonuna daxil olan gənclə Kirman Qəribov arasında möhkəm dava düşüb. Davaya ətrafdan bir neçə şəxs də qoşulub. Hadisə yerinə Nəsimi Rayon 19-cu Polis Bölməsinin əməkdaşları cəlb olunduqdan sonra dava edənləri sakitləşdirmək mümkün olub.

Dava nəticəsində Qəribov Kirmanın burnu sınıb.

Hazırda hadisəylə bağlı araşdırmalar aparılır.