Bakıda İcra Hakimiyyətinin əməkdaşını bıçaqladılar

bakida-icra-hakimiyyetinin-emekdasini-bicaqladilar
Oxunma sayı: 674

Bakının Nəsimi rayonu Azadlıq prospekti, “Dostluq” kinoteatrının yaxınlığında bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” SİA-ya istinadən xəbər verir ki, hadisə zamanı 30 yaşlı Elşən Atakişizadə naməlum şəxs tərəfindən bıçaqlanıb. 1 saylı şəhər xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən boğaz nahiyəsindən bıçaq yarası alıb. Hazırda yaralının vəziyyəti normal olsa da, o reanimasiya şöbəsində müalicəsini davam etdirir. Qeyd edək ki, hadisə nəticəsində bıçaq xəsarətləri alan Elşən Atakişizadə Suraxanı Rayon İcra Hakimiyyətində çalışır. Faktla bağlı Nəisim RPİ-də araşdırma başlanılıb.