Bakıda iki avtobus toqquşdu - Xəsarət alanlar var

bakida-iki-avtobus-toqqusdu-xesaret-alanlar-var
Oxunma sayı: 638

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, paytaxtın Nizami rayonunun ərazisində, metropolitenin "Qara Qarayev" stansiyasının yaxınlığında iki sərnişin avtobusu toqquşub. Yol qəzası nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qəzanın baş verməsini təsdiqləyib.