Bakıda iki avtobus toqquşdu - Yaralılar var

bakida-iki-avtobus-toqqusdu-yaralilar-var
Oxunma sayı: 823

Məlumata görə, Zabrat qəsəbəsində, Balaxanı yolunda iki sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində yolda tıxac yaranıb.
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə zamanı ölən olmayıb, 3 nəfər yüngül xəsarət alıb.

Avtobuslardan biri 198 saylı marşrut avtobusu olub.
Şahidlərin bildirdiyinə görə, qəza nəticəsində ümumilikdə 7 nəfər xəsarət alıb. Onlardan üçü şəxsi avtomobillərlə xəstəxanaya aparılıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə Trend-ə bildirib ki, hadisə yerinə gələn təcili yardım briqadaları 4 nəfəri 3 saylı Sabunçu rayon xəstəxanasına yerləşdiriblər. Xəsarət alanlar sınıq və daxili orqanların küt zədələri ilə xəstəxanaya yerləşdiriliblər.

***
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya bildirilib ki, xəstəxanaya avtobus qəzasında xəsarət alan 7 nəfər daxil olub. Bunlar 51 yaşlı Gülniyar İbrahimova, 39 yaşlı Naibə Babayeva, 47 yaşlı Zümrüd Hacıyeva, 43 yaşlı Elşad Təhməzov, 55 yaşlı Sarvan Kərimov, 28 yaşlı Əli Adıgözəlov və 24 yaşlı Fərid Kərimovdur.

Yaralıların bir qisminə isə elə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.