Bakıda iş yerində adam güllələndi

bakida-is-yerinde-adam-gullelendi
Oxunma sayı: 636

Lent.az-ın “qaynar xətt”inə daxil olan məlumata görə, Nəsimi rayonu ərazisində, Ceyhun Hacıbəyli küçəsində yerləşən ofisdə bir kişi güllələnib.

Lent.az-ın əldə etdiyi məlumata görə, ofisdə güllə yarası alan şəxs 1961-ci il təvəllüdlü Həsənov Elşən İsgəndər oğludur. O döş qəfəsindən aldığı güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər yaralını əməliyyat otağına aparıb. Hazırda E.Həsənovun komada olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri yollanıb. Hadisənin kim tərəfindən törədildiyi hələlik bəlli deyil.