Bakıda keçirilən aksiya dağıdıldı

bakida-kecirilen-aksiya-dagidildi
Oxunma sayı: 675

Bu gün bir qrup gənc İranın Azərbaycandakı səfirliyinin qarşısında Urmiya gölünün qurudulmasına və bəzi İran kütləvi informasiya vasitələrinin Azərbaycan xalqına qarşı təhqiredici fikirlər yaymasına etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd göstərib. ANS TV-nin məlumatına görə, hələ aksiya başlamamış səfirlik ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əraziyə çox sayda polis əməkdaşları cəlb edilib. Təxminən 20-25 gəncdən ibarət olan qrup İçərişəhər metrostansiyasının qarşısında toplaşıb. Lakin polis onların buradan səfirliyə tərəf hərəkət etməsinə imkan verməyib və onları Filarmoniya bağına tərəf sıxışdırıb.

Gənclər “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” kimi şüarlar səsləndiriblər, aksiya iştirakçılarından saxlanan olmayıb.