Bakıda marşrut vəhşiliyi - Faciə

bakida-marsrut-vehsiliyi-facie
Oxunma sayı: 767




Dünən Bakıda faciəli hadisə baş verib. “Qafqazinfo”nun məlumatına görə, iyunun 19-u saat 13 radələrində Binəqədi qəsəbəsi Mərkəz küçəsində qəsəbə sakini Firdovsi Quliyev Gəncə şəhər sakini İlham Poladovun idarə etdiyi 285 saylı marşrut üzrə hərəkət edən «Daewoo» markalı avtobusla, Sumqayıt şəhər sakini Mehbalı Əsədovun idarə etdiyi 165 saylı marşrut üzrə hərəkət edən «İveko-Otoyol» avtobusun arasında qalaraq xəsarət alıb. O, xəstəxanaya aparılsa da, yolda keçinib.

Qeyd edək ki, Bakıda marşrutların diqqətsiz, mədəniyyətdən və qanundan kənar idarə olunması haqqında dəfələrlə məsələ qaldırılıb. İri tutumlu marşrutların paytaxt küçələrində sərnişin uğrunda bir-birləri ilə yarışa çıxmaları və belə vəziyyətdə də qəza şəraiti yaratmaları demək olar ki, hər gün baş verən prosesdir. Bu vəziyyəti istənilən küçədə müşahidə etmək olar.

Bəzən sərnişinlərin etirazı səslənsə də, marşrut sürücüləri bunları qulaqardına vurub, marşrut sahiblərinə, onların “krışa”larına arxayın olaraq bildiklərini eləyirlər. Və bu da nəticəsi... Maraqlıdır, 285 və 165 saylı marşrutların yiyələri kimdir ki, onların sürücüləri adamı təkərin altında qoyub əzə bilir?..