Bakıda mavi həmcinsini qətlə yetirdi

bakida-mavi-hemcinsini-qetle-yetirdi
Oxunma sayı: 707

Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 5-də Vidadi küçəsindəki 33 nömrəli evdə Əhmədağa Şıxəliyev münaqişə zəminində Fərəc Dadaşovu bıçaqla qətlə yetirib. Sonra isə hadisə yerindən qaçıb. Ötən gün tutulan Ə.Şıxəliyev qətlin səbəbləri açıqlayıb.

O deyib ki, Fərəc Dadşova bir müddət əvvəl 200 manat borc pul verib. Dəfələrlə pulu geri qaytarması üçün F.Dadaşova zəng etsə də, heç bir nəticəsi olmayıb. Hadisə baş verən gün evdə mübahisələri düşüb. Divanda əyləşən Fərəc qalxaraq ona bir neçə zərbə vurub. Bu zaman onun cibindən divanın üstünə düşmüş bıçağı götürərək qətlə yetirib.

Hər iki şəxsin mavi olduğu bildirilir.