Bakıda Mərakeş Mədəniyyət Günləri başlayır

bakida-merakes-medeniyyet-gunleri-baslayir
Oxunma sayı: 672

“Qafqazinfo”nun Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Mərakeş tərəfi bu ilin 11-13 noyabrında Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsini təklif edib.
Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsi ilə əlaqədar Qərargah yaradılıb, görüşlərin, sərgi və konsertin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülüb.
2011-ci il noyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasiminin, 12-13 noyabr tarixlərində Muzey Mərkəzində foto və musiqi alətlərindən ibarət sərginin, noyabrın 13-də M.F.Axundov adına Milli Kitabxanada mühazirənin keçirilməsinin, 12-13 noyabr tarixlərində Muzey Mərkəzində Mərakeş filmlərinin nümayişi nəzərdə tutulub.