Bakıda məscidin nəzir qutusu yarıldı

bakida-mescidin-nezir-qutusu-yarildi
Oxunma sayı: 645

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məscidin nəzir qutusu yarılıb. Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şüvalan qəsəbəsindəki məsciddə nəzir qutusundan oğurluq edən şəxs müəyyənləşib. Polis çox keçməyib ki, oğurluq edən Biləsuvar rayon sakini Elşad Abışovu tutub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.