Bakıda möhtəşəm Novruz şənliyi keçiriləcək

bakida-mohtesem-novruz-senliyi-kecirilecek
Oxunma sayı: 661

Bakı şəhərində analoqu olmayan Novruz şənliyi keçiriləcək. Bakı şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, şənlik çərşənbələrin içində ən vacibi, axırıncı - İlaxır çərşənbə axşamı, martın 13-də baş tutacaq.

Qədim ənənələrlə zəngin olan, xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanan İlaxır çərşənbəsində Novruzun əsas personajlarından ibarət dəvə karvanı saat 12.00-da Azneft meydanından “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğuna yola düşəcək. Karvana Novruzun əsas atributlarından sayılan Keçəl, Kosa və Bahar qızı da qoşulacaq. Atəşgahdan ulu Dədə Qorqudun elimizə-obamıza xeyir duasını alandan sonra oradakı əbədi məşəldən od götürüb geri dönəcəklər.

Həmişəki şənliklərdən fərqli olaraq Novruz şənliyi Qız Qalasının yox, Qoşa Qala qapısının qarşısnda keçiriləcək. Atəşgahdan gətirilən odla saat 19:00-da tonqal qalanacaq.

Tədbirdə Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı və atəşfəşanlıq olacaq. Şənlik martın 19-da nəzərdə tutulub.